II Bundesliqada XII turun oyunları davam edir. Matç.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Aue" səfər görüşünə çıxıb.

Eyniadlı şəhərin komandası "Heydenheym"in qonağı olub. Qarşılaşmanın taleyini 1 top həll edib. Ev sahibləri 54-cü dəqiqədə vurduqları qol sayəsində 1:0 hesablı qələbəyə seviniblər. Oyuna ehtiyatdan başlayan Nazarov 62-ci dəqiqədə Paskal Testroeni əvəzləyib. Lakin o da komandasını xilas edə bilməyib.

Bu nəticədən sonra "Aue" aktivində 14 xalla 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest