Müqavilə müddətinin mövsümün sonuna qədər olduğunu nəzərə alan London təmsilçisi qış fasiləsində oyunçusunu sataraq, gəlir əldə etmək fikrindədi.

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Arsenal" hücumçusu Denni Uelbeklə yollarını ayıracaq. Matç.az-ın Britaniya mətbuatına istinadən məlumatına görə, buna səbəb forvardın əsas heyətə düşə bilməməsidi.

"Topçular" onu ehtiyat hücumçu qismində saxlamaq niyyətində idilər. Hətta Uelbekə yeni müqavilə də təklif olunmuşdu. Lakin 27 yaşlı oyunçu bundan imtina edib. Müqavilə müddətinin mövsümün sonuna qədər olduğunu nəzərə alan London təmsilçisi qış fasiləsində oyunçusunu sataraq, gəlir əldə etmək fikrindədi. Hazırda onunla bir neçə Premyer Liqa klubu maraqlansa da, "Everton" bu keçiddə daha israrlı görünür.

Qeyd edək ki, Denni Uelbek 2014-cü ildən "Arsenal"ın şərəfini qoruyur. Bu gün "Qarabağ"la qarşılaşacaq "topçular"ın heyətində onun da ilk dəqiqələrdən meydanda olması gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest