"Barselona"nın hücumçusu Ansu Fati uzun illər bu klubda qalacaq. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 16 yaşlı forvard müqavilə müddətini 5 illik uzadıb.

Anlaşmaya əsasən, Fati 700 min avro dəyərində bonus qazanacaq. Əgər mütəmadi olaraq əvəzedici komandada çıxış edərsə, illik maaşı 30 min avro olacaq. Ancaq əsas komandada daha çox çıxış edərsə, bu məbləğ 1 milyon avroya qədər yüksələcək. Onun maaşı hər il 250 min avro artacaq.

Qeyd edək ki, Ansu Fati cari mövsüm "Barselona"nın heyətində artıq 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest