Sentyabrın 22-dən 25-dək təşkil olunacaq Caspian Cup-2019 turnirində futzal üzrə Azərbaycan millisinin ilk rəqibi olacaq Rusiya yığması təlim-məşq toplanışına başlayıb. Matc.az xəbər verir ki, baş məşqçi Sergey Skoroviç hazırlıq prosesinə bu futzalçıları dəvət edib:
 
Qapıçılar: Georgi Zamtaradze (KPRF), Dmitri Putilov (Sinara), Nikoay Balaşov (Nikel);
 
Oyunçular: Danil Davıdov, Andrey Afanasov, Nikolay Şisterov, Dmitri Lıskov (hamısı Qazprom-Yuqra), Romulo, Yanar Asadov, Artem Niyazov, Arser Baqirov (hamısı KPRF), Sergey Abramov, Valeri Demin (hər ikisi Sinara), Artem Antoşkin, İvan Milovanov (hər ikisi Tümen), Ruslan Kudziev, Rişat Kotlyarov (hər ikisi Nikel).
 
Qeyd edək ki, Rusiya ilə oyun sentyabrın 22-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest