"Neftçi" Premyer Liqanın 5-ci turunda qarşılaşacağı "Keşlə" ilə oyunun hazırlığına başlayıb. Matc.az xəbər verir ki, "Qarabağ"la görüşdən sonra bir günlük fasiləyə buraxılmış komanda bu gün öz bazasında məşqə çıxıb. 
 
Məşqdə toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Hazırlıq sabah bir məşqlə davam edəcək.
 
Xatırladaq ki, sentyabrın 22-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" – "Keşlə" oyununa saat 18:30-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest