"Bornmut"un baş məşqçisi Eddi Hau qapıçıları Asmir Beqoviçin "Qarabağ"a keçidini dəyərləndirib. Matc.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, 42 yaşlı mütəxəssis bosniyalı qolkiperin bu transferdə qərarlı olduğunu söyləyib.

Haunun sözlərinə görə, 32 yaşlı qapıçı oyun praktikasına görə, bu addımı atıb: "Beqoviçin "Qarabağ"a keçidinin bütün tərəflər üçün ən yaxşısı olduğunu düşünürəm. Onunla bu barədə fikir ayrılığı olmayıb. Düşünürəm ki, Asmir oynamaq istəyirdi və bunu dəqiq etdi. Biz də istəyinə çatması üçün ona kömək etməyə çalışdıq. Ona oynamağa icazə verdik və artıq ilk matçını keçirib. Gələcək taleyinə isə icarə müddəti bitdikdən sonra baxacağıq".

Qeyd edək ki, "Qarabağ" Beqoviçi yanvara qədər icarəyə götürüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest