Təlim-məşq toplanışını Bakıda davam etdirən futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. Matc.az xəbər verir ki, Nihad İsmayılov zədəli olduğu üçün heyətdən çıxarılıb.

Əvəzində EKOL-dan Faiq Əliyev hazırlıq prosesinə dəvət olunub. 

Qeyd edək ki, milli komanda sentyabrın 21-dən 26-dək Rusiyanın Həştərxan şəhərində təşkil olunacaq Caspian Cup turnirində iştirak edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest