"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba uzun müddət bu komandada qala bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "qırmızı şeytanlar" fransalı futbolçunu komandada saxlamaq niyyətindədi.

Bu məqsədlə Premyer Liqa təmsilçisi ona yeni müqavilə təklif edib. 26 yaşlı orta sahə oyunçusu ilə danışıqlara artıq start verilib. Fransa millisinin üzvü buna razılıq versə, komandanın ən yüksək ödənişli oyunçularından birinə çevriləcək.

Qeyd edək ki, "Real" Poqbanı transfer etmək niyyətindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest