"Barselona"nın gənc futbolçusu Ansu Fati İspaniya vətəndaşı olmağa hazırlaşır. Matc.az xəbər verir ki, əslən qvineya-bisaulu olan 16 yaşlı oyunçu sabah İspaniya vətəndaşlığı alacaq.

Fati İspaniya vətəndaşlığına keçdikdən sonra artıq bu ölkənin milli komandasında çıxış edə biləcək. Qvineya-Bisauda anadan olan Fati Portuqaliya millisində də çıxış edə bilərdi. Ancaq o, seçimini İspaniyadan yana edib.

Ansu Fati 17 yaşadək futbolçulardan ibarət yığmaların Braziliyada keçiriləcək dünya çempionatında İspaniya millisinin şərəfini qoruyacaq.

"Barselona"nın yetirməsi olan Fati bu mövsüm Kataloniya təmsilçisinin heyətində 3 oyuna çıxıb və 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest