Almaniya millisinin futbolçusu Luis Holtbi yenidən İngiltərəyə qayıdıb. Matc.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi "Bləkbörn"lə anlaşıb.

Bu barədə çempionşip təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. Son klubu "Hamburq" olan Holtbi "Bləkbörn"ə azad agent kimi keçib. O, əvvəllər İngiltərədə "Tottenhem" və "Fulhem"in formasını geyinib.

Qeyd edək ki, Luis Holtbi ötən mövsüm "Hamburq"un heyətində 31 oyunda iştirak edib, 5 qol, 6 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest