Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Belarus yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib. Matc.az xəbər verir ki, Bakı Olimpiya stadionunun ehtiyat meydançasında keçirilən qarşılaşmanı Tural Qurbanovun rəhbərlik etdiyi azərbaycanlı hakimlər briqadası idarə edib.
 
Beş qolun qeydə alındığı bu matçda millimiz böyük hesabla uduzub – 1:4 Komandamızın yeganə qolunu 43-cü dəqiqədə Kamal Kazımov vurub.
 
Bu komandalar arasında sentyabrın 21-də daha bir görüş baş tutacaq. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək oyuna saat 12:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest