"Düzdü, rəqib öz meydanında oynayırdı. Atmosfer də bizə çətinlik yaradırdı. İstənilən halda, qələbəyə layiq oyun göstərdik. İlk qol hər şeyi dəyişdi və ondan sonra növbəti qolları vurmaq asanlaşdı. Təcrübəli komanda olması hiss olunurdu. Üzərində işlənmiş komandadı. Gözlədiyim "Qarabağ"ı gördüm".

Avropa Liqasının qrup mərhələsinin ilk oyununda "Qarabağ"ın qonağı olan "Sevilya" Bakıdan 3:0 hesablı qalibiyyətlə ayrılıb. Matc.az saytının xəbərinə görə, oyunsonrası mətbuat konfransında İspaniya təmsilçisinin baş məşqçisi Xulen Lopeteqi  jurnalistlərin suallarını cavablandırıb.

- Son oyunlarda qol vurmaqda çətinlik çəkirdiniz. Bu gün isə rəqib qapısından 3 top keçirdiniz. Bu barədə nə deyə bilərsiniz?
- Düzdü, rəqib öz meydanında oynayırdı. Atmosfer də bizə çətinlik yaradırdı. İstənilən halda, qələbəyə layiq oyun göstərdik. İlk qol hər şeyi dəyişdi və ondan sonra növbəti qolları vurmaq asanlaşdı.

- Gözlədiyiniz "Qarabağ"ı gördünüzmü?
- Təcrübəli komanda olması hiss olunurdu. üzərində işlənmiş komandadı. Gözlədiyim "Qarabağ"ı gördüm.

- Qrupun digər oyununda "Düdelanj" APOEL-ə qalib gəldi. Püşkdən sonrakı fikirlərinizlə ilk oyunlardan sonrakı fikirləriniz eynidi?
- Futbolda təəccüblü heç nə yoxdu. Heç vaxt öncədən "qələbə qazanmışam" düşüncəsində olmamalısan.

- Kimdən və nədən razı və narazı qaldınız?
- Hər hansı bir futbolçunu qeyd etmək istəməzdim. Komanda şəklində yaxşı bir kollektivə qalib gəldik.

- Hesab komandalar arasında fərqi göstərdimi? ümumiyyətlə, "Qarabağ" barədə fikirləriniz necədi?
- APOEL-lə "Qarabağ"ın hər iki oyununu izləmişəm. "Qarabağ" onları yarışdan kənarlaşdıra bilərdi. Eyni zamanda, APOEL də "Ayaks"ı kənarlaşdıra bilərdi. Bu üzdən elə bir fərq deyə bilmərəm.

- 10 ildən sonra "Qarabağ"a öz meydanında 3 qol vurmaq necə hissdi?
- Bu statistika barədə məlumatım yox idi. APOEL-ə 0:2 hesabı ilə uduzduğu oyunda da "Qarabağ" kifayət qədər qol vəziyyətləri yaratmışdı.

- Həftəsonu La Liqada "Real"a uduzsanız, bunu uzaq səfər və "Qarabağ"a qarşı oyunla əlaqələndirməyəcəksiniz?
- "Real"la bağlı sabah danışarıq.  

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest