"Mançester Yunayted"in və Bolqarıstan millisinin sabiq futbolçusu Dimitar Berbatov karyerasını bitirib. Matc.az xəbər verir ki, bu barədə 38 yaşlı sabiq hücumçu rəsmi "tvitter" hesabından məlumat yayıb.

"Mançester Yunayted", "Tottenhem", "Monako" kimi komandalarda forma geyinmiş Berbatovun son iş yeri Hindistanın "Kerala Blasters" klubu olub. O, 2018-ci ilin aprelindən klubsuz idi.

Qeyd edək ki, Berbatov 78 dəfə formasını geyindiyi Bolqarıstan millisində 48 qol vurub. O, yığma tarixində ən çox qol vuran oyunçu ünvanına sahibdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest