"Liverpul"un yarımmüdafiəçisi Nabi Keyta sıraya dönüb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu "qırmızılar"ın baş məşqçisi Yurgen Klopp deyib.

Almaniyalı mütəxəssis bildirib ki, orta sahə oyunçusu kollektivlə birlikdə məşqlərə qoşulub. Digər zədəli olan qapıçı Alisson Bekker isə məşqlərini davam etdirir. Keytadan fərqli Alisson "çelsi" ilə çempionat oyununda iştirak etməyəcək.

Qeyd edək ki, Nabi Keyta zədə ucbatından iki aydı komandadan ayrı qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest