"Vulverhempton"un yarımmüdafiəçisi Joao Moutinyo komandasında qalıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Portuqaliya millisinin üzvü yeni müqaviləyə qol çəkib.

33 yaşlı orta sahə oyunçusu bir neçə klubun maraq dairəsində olsa da, "Vulverhempton" rəhbərliyinin yeni sözləşmə təklifini müsbət cavablandırıb. Futbolçu mövsümün sonuna qədər olan müqavilə müddətini daha 2 il uzadıb.

Qeyd edək ki, Joao Moutinyo "Vulverhempton"a ötən il "Monako"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest