Futbol üzrə Rusiya Premyer Liqasında 10-cu tura start verilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçuların – Azər Əliyevlə ("Ufa") Ayaz Quliyevin ("Spartak", Moskva) komandalarının dueli ilə əlamətdar olub.
 
Başqırdıstan təmsilçisi doğma meydanda qarşılaşdığı paytaxt klubunu məğlub yola salıb – 1:0.
 
Azər bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb. Quliyev isə start heyətdə meydana çıxıb və 58-ci dəqiqədə əvəzlənib. O, 33-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
"Ufa" 10 oyuna topladığı 14 xalla 6-cı, eyni xala malik "Spartak" isə 7-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest