Futbol üzrə Portuqaliya çempionatında 6-cı turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Pasuş de Ferreyra" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Aveş"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
 
Renat da bu görüşün iştirakçısı olub. O, qarşılaşmanın 74-cü dəqiqəsində meydana buraxılıb.
 
Qeyd edək ki, Renat bu yay İngiltərənin "Vulverhempton" klubuna transfer olunsa da, "Pasuş de Ferreyra"ya 1 illik icarəyə verilib. İlk qələbəsini qazanan futbolçumuzun komandası hazırda 4 xalla 18 kollektiv arasında 17-cidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest