Cəmi 4 ay postunda qalan 58 yaşlı mütəxəssisin fəaliyyəti klub prezidenti Frederiko Varandası qane etməyib. Xüsusən də, Portuqaliya Liqa Kubokunda "Eştoril"ə məğlubiyyət Peseyronun sonunu gətirib.

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Sportinq" baş məşqçisi Joze Peseyronu istefaya göndərib. Matç.az saytı xəbər verir ki, bu barədə məlumatı Portuqaliya mətbuatı yayıb.

Bildirilir ki, cəmi 4 ay postunda qalan 58 yaşlı mütəxəssisin fəaliyyəti klub prezidenti Frederiko Varandası qane etməyib. Xüsusən də, Portuqaliya Liqa Kubokunda "Eştoril"ə məğlubiyyət Peseyronun sonunu gətirib. üstəlik, komanda Portuqaliya çempionatında 3-cü, Avropa Liqası qrupunda isə ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, "Sportinq" Peseyronun rəhbərliyi altında keçirdiyi 14 matçın 9-da qələbə qazanıb, 1-də heç-heçə edib, 4-də isə məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest