"Komandamız çempionatın əvvəlindən eyni xətt üzrə hərəkət edir. Hər zaman uğurlu başlanğıc yaxşıdı"

"Sevilya"nın idman direktoru Roman Monçi "Qarabağ"a qarşı Bakıda keçirilən Avropa Liqasının qrup mərhələsinin ilk turunun oyunu haqda fikirlərini bildirib. Matc.az saytının xəbərinə görə, Monçi təmsilçimizlə qarşılaşmanın asan keçmədiyini bildirib.

"Komandamız çempionatın əvvəlindən eyni xətt üzrə hərəkət edir. Hər zaman uğurlu başlanğıc yaxşıdı" - deyə, Monçi vurğulayıb.

Xatırladaq ki, "Sevilya" "Qarabağ"a 3:0 hesabı ilə qalib gəlib.

 

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest