19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması bu ay Gürcüstanın müvafiq yaş qrupu ilə iki yoldaşlıq görüşü keçirəcək. Matç.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, komandalar noyabrın 10-da və 11-də Tbilisidə üz-üzə gələcək.

Müvafiq olaraq saat 19:00-da və 13:00-da başlayacaq oyunlar üçün Azərbaycan millisinin heyəti açıqlanıb.

Məşqçilər korpusu 14 oyunçuya dəvət göndərib: Rauf Rüstəmov, Rəfael Mütəllimov, Ceyhun Nuriyev, Turan Əhmədov, Sabir Həsənov, Nurlan Mehdizadə, Niyaz Əhmədov, Nicat Quluzadə, Kənan Əsədli, Fuad Məmmədzadə, Tofiq Hüseynov, Vladislav Reznov, İqbal Pənahov, Hüseyn Qarayev.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest