Futbol üzrə Fransa çempionatında 6-cı turun oyunları keçirilib. Matc.az xəbər verir ki, turun əksər görüşləri şənbə gününə təsadüf edib.

Bu mövsüm 5 turdan sonra qələbə qazana bilməyən "Monako" səfərdə "Reyms"in qonağı olub. "Knyazlıq klubu" bu turda da məğlub olsaydı, baş məşqçi Leonardo Jardimin istefaya göndəriləcəyi gözlənilirdi. Amma bu görüşdə qapılara qol vurulmayıb.

Marsel "Olimpik"i doğma meydanda "Monpelye" ilə heç-heçəyə razılaşıb. Dörd qolun qeydə alındığı "Bordo" – "Brest" görüşündə də qalib müəyyənləşməyib.

"Nitsa" "Dijon"u, "Nim" "Tuluza"nı məğlub yola salıb. "Mets" isə evdə "Amyen"ə məğlub olub.

Fransa Liqa 1
6-cı tur

20 sentyabr

Strasburq – Nant 2:1
Qol: Linard, 66. Ayorke, 89-pen – Kulibali, 28.

21 sentyabr

Olimpik (Marsel) – Monpelye 1:1
Qol: Jerman, 74 – Sarr, 17-öz qapısına.

Bordo – Brest 2:2
Qol: Briand, 6. Pablo, 69 – Qrandsir, 20. Autret, 45+1.

Mets – Amyen 1:2
Qol: Diallo, 68 – Jirassi, 39. Dibassi, 54.

Nitsa – Dijon 2:1
Qol: Dolberq, 29. Atal, 47 – Tavares, 22.

Nim – Tuluza 1:0
Qol: Filippoto, 39.

Reyms – Monako 0:0

22 sentyabr

17:00 Renn – Lill
19:00 Anje – Sent-Etyen
23:00 Olimpik (Lion) – PSJ

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest