Futbol üzrə Türkiyə 1-ci liqasında 5-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvü Ufuk Budakın yenicə transfer olunduğu "Altınordu" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Osmanlıspor"la qarşılaşıb. Ufukun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
 
Ufuk da bu görüşün iştirakçısı olub və yeni komandasında debüt edib. O, start heyətdə meydana çıxdığı qarşılaşmanın sonunadək oynayıb.
 
"Altınordu" hazırda 4 xalla 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest