Futbol üzrə Türkiyə Super Liqasında 5-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bazar günü daha üç görüş baş tutub. 

üç qolun qeydə alındığı "Rizəspor" – "Qazişəhər" matçı qonaqların qələbəsiylə yekunlaşıb. "Gənclərbirliyi" – "Alanyaspor" matçında qalib müəyyənləşməyib.

"Qalatasaray" bu turda "Yeni Malatyaspor" səfərinə yollanıb. İstanbul təmsilçisi bu görüşdən xal itkisi ilə ayrılıb.

Türkiyə Super Liqası
5-ci tur

20 sentyabr

Göztəpə – Konyaspor 1:0
Qol: A.öztürk, 76-pen.

21 sentyabr

Kasımpaşa – Antalyaspor 3:0
Qol: M.Pektemek, 53. Tiam, 60; 80.

Kayserispor – Dənizlispor 1:1
Qol: P.Enrike, 13 – Muravski, 74.

Fənərbaxça – Ankaragücü 2:1
Qol: Yorgensen, 20. Muriqi, 73 – Orgill, 16.

22 sentyabr

Rizəspor – Qazişəhər 1:2
Qol: Samudio, 65 – M.Demir, 12. Tvumasi, 16.

Gənclərbirliyi – Alanyaspor 1:1
Qol: Stanku, 45+1-pen – C.Gülsəlam, 66.

Yeni Malatyaspor – Qalatasaray 1:1
Qol: Gilyerme, 89 – Seri, 23.

23 sentyabr

21:00 Beşiktaş – Başakşəhər
21:00 Sivasspor – Trabzonspor

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest