"Barselona"nın mövsümə uğursuz start götürməsi baş məşqçi dəyişikliyinə yol aça bilər. Matc.az saytının AS nəşrinə istinadən məlumatına görə, klub rəhbərliyi baş məşqçi Ernesto Valverdenin fəaliyyətindən narazıdı.

Bu üzdən kataloniyalılar çalışdırıcıya daha 2 oyunluq vaxt veriblər. La Liqanın qarşıdakı iki turundan birində komanda büdrəyərsə, 55 yaşlı mütəxəssis istefaya göndəriləcək. Bunun baş verməməsi üçün onun yetirmələri sentyabrın 24-də evdə "Vilyarreal"ı, dörd gün sonra isə səfərdə "Xetafe"ni məğlub etməlidi. Valverdenin müqavilə müddəti gələn ilin yayına qədərdi.

Qeyd edək ki, aktivində 7 xalı olan "Barselona" hazırda 8-ci yerdə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest