Gələn ilin mayında Bakıda təşkil olunacaq UEFA Avropa Liqasının final oyununa hazırlıq məqsədilə müxtəlif məsələlərin müzakirə edildiyi mütəmadi iclaslar keçirilir. Matç.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, növbəti belə tədbir Bakı Olimpiya Stadionunda təşkil olunub.

Final qarşılaşmasının təhlükəsizliyinin təmin olunması ilə bağlı iclasda UEFA nümayəndələri Andreas Şaar və Deni Kistenyov, oyunun təşkili üzrə əməliyyat qrupunun üzvləri, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər Nazirliyinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları iştirak edib.

Qeyd edək ki, final görüşü 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest