çempionlar Liqasının qrup mərhələsində "İnter"in qonağı olacaq "Barselona"nın səfərə gedəcək heyəti müəyyənləşib. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Ernesto Valverde zədəsini sağaldan kapitan Lionel Messini də heyətə daxil edib.

Qolunda sınıq olduğu üçün Barselonadakı ilk görüşü buraxan argentinalı superulduzun Milanda meydana çıxıb-çıxmayacağı hələ bəlli deyil.

Qeyd edək ki, Messi oktyabrın 20-də La Liqanın IX turu çərçivəsində "Sevilya" ilə matçda zədələnmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest