2019-cu ilin ən gözəl qolunun müəllifi müəyyənləşib. Matc.az xəbər verir ki, FİFA Ferens Puşkaş mükafatının sahibini İtaliyanın Milan şəhərindəki tədbirdə açıqlayıb.
 
İlin ən gözəl qolunun müəllifi Daniel Jori olub. Rumıniyalı futbolçu Macarıstan çempionatında vurduğu qola görə mükafatlandırılıb.
 
Onun "Ferensvaroş" – "Debretsen" matçında meydan sahiblərinin qapısından keçirdiyi top digər namizədlər Xuan Fernando Kintero və Lionel Messini qabaqlayıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest