"Mançester Yunayted" yarımmüdafiəçis Pol Poqbanı komandada saxlamaq niyyətindədi. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "qırmızı şeytanlar" Fransa millisinin üzvü ilə yeni müqavilə məsələsində danışığa başlayıb.

Premyer Liqa təmsilçisi 26 yaşlı orta sahə oyunçusuna yeni uzunmüddətli müqavilə təklifi edib və ən yüksəködənişli futbolçu olmaq sözü verib. Ulduz futbolçunun hazırkı müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

Qeyd edək ki, Pol Poqba "Real" və "Yuventus"un maraq dairəsindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest