UEFA Gənclər Liqası çərçivəsində keçiriləcək APOEL - "Qəbələ" oyununun hakimləri açıqlanıb. Matc.az xəbər verir ki, oktyabrın 2-də, Bakı vaxtı ilə 18:00-da başlanacaq matçı qazaxıstanlı hakimlər briqadası idarə edəcək.

Baş hakim Furkat Atacanova Denis Labaşyov və Sergey Kalaçyov kömək edəcəklər. UEFA nümayəndəsi Vasko Doyçinovski (Makedoniya), hakim-inspektor Xristos Nikolaidis (Kipr) olacaq.

Qeyd edək ki, 33 yaşlı Atacanov indiyə qədər 11 beynəlxalq görüş (ikisi UEFA Gənclər Liqasında) idarə edib. Bu görüşlərdə 49 sarı, 4 qırmızı vərəqə göstərən referi 2 dəfə də penalti təyin edib. Onun yolu heç vaxt Azərbaycan klubları və ya milli komandaları ilə kəsişməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest