"Real"ın müdafiəçisi zədələnib. Matc.az xəbər verir ki, "kral klubu"nun 24 yaşlı futbolçusu Ferlan Mendi sıradan çıxıb.

Sol ayağından zədələnən futbolçu 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu isə o deməkdi ki, cinah müdafiəçisi "Osasuna" ilə, eləcə də Madrid derbisində "Atletiko" ilə görüşü buraxacaq.

Qeyd edək ki, Mendi yay fasiləsində "Lion"dan "Real"a transfer olunmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest