Futbol üzrə Türkiyə Kubokunda 3-cü təsnifat mərhələsinin oyunları keçirilir. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budakın formasını geyindiyi "Altınordu" klubu da bu turnirdə ilk matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "1922 Konyaspor"la üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib – 0:0. Bu üzdən də penalti seriyasına ehtiyac duyulub. Penalti zərbələrini isə "Altınordu" futbolçuları daha dəqiq yerinə yetirib – 4:2.
 
Ufuk bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest