UEFA Millətlər Liqasının formatını dəyişib. Matc.az xəbər verir ki, 2020-21 mövsümündə ilk üç – A, B, C divizionunun hərəsində 16 komanda mübarizə aparacaq.
 
D divizionunda isə ən zəif 7 yığma çıxış edəcək.
 
Hərçənd 2018-19 mövsümündə ilk iki liqanın hərəsində 12, C liqasında 15, D liqasında 16 komanda mübarizə aparmışdı.
 
Bu islahatlar Azərbaycan yığmasına da təsir edib. Millimiz D liqasında çıxış edib, qrupunda 2-ci olduğu üçün yenidən həmin divizionda çıxış etməliydi. Lakin islahatlar sayəsində millimiz C liqasına yüksəlib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest