Futbol üzrə Fransa çempionatında 7-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Cari mövsümdə qələbə qazana bilməyən "Monako" doğma azarkeşləri qarşısında "Nitsa"nı qəbul edib. Knyazlıq təmsilçisi nəhayət ki, bu oyunda ilk dəfə 3 xala sevinib.
Marsel "Olimpik"i isə "Dijon" səfərinə yollanıb. Bu görüşdə qapılara qol vurulmayıb.
Fransa Liqa 1
7-ci tur
24 sentyabr
Dijon – Olimpik (Marsel) 0:0
Monako – Nitsa 3:1
Qol: Qolovin, 29; 74. Ben Yedder, 80 – Burner, 54.
25 sentyabr
21:00 Amyen – Bordo
21:00 Brest – Olimpik (Lion)
21:00 Lill – Strasburq
21:00 Monpelye – Nim
21:00 Nant – Renn
21:00 Sent-Etyen – Mets
21:00 Tuluza – Anje
23:00 PSJ – Reyms