"Lill" klubunun hücumçusu Nikolya Pepe karyerasını İspaniyada davam etdirə bilər. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, 23 yaşlı forvard "Atletiko"nun diqqət mərkəzinə düşüb.

Uğurlu mövsüm keçirən Fil Dişi Sahili millisinin üzvü "Lill"in ən məhsuldar oyunçusudu. 8 qolla çempionatda komandasının bombardiri olan Pepenin aktivində eyni zamanda 7 məhsuldar ötürmə var. "Atetiko" rəhbərliyi qış fasiləsində onun transferi üçün qarşı tərəflə danışıqlara başlayacaq.

Qeyd edək ki, Nikolya Pepe "Lill"ə ötən il "Anje"dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest