FIFA tərəfindən aparılan sorğunun nəticəsinə görə, ilin ən yaxşı futbolçusu seçilən Lionel Messi 6-cı dəfə bu mükafata layiq görülüb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, səsvermədə 3-cü yeri tutan Kriştianu Ronaldo mərasimdə iştirak etməyib.

Maraqlıdı ki, portuqaliyalı superulduz əbədi rəqibi olan Messiyə həmişəki kimi, yenə səs verməyib. Ronaldo müvafiq olaraq Matteys de Liqt, Frenki de Yonq və Kilian Mbappeni ilk "3-lük"də göstərib.

Ondan fərqli, Messi həmkarına ardıcıl ikinci dəfə səs verib. Argentinalı bu dəfə Ronaldonu ikinci yerə layiq bilib. Leo ötən il də "Yuventus"un forvardını ilk "3-lüy"ə salmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest