Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Dinamo" Rusiya Kubokunda 1/16 final oyununa çıxıb. Matc.az saytının məlumatına görə, Moskva təmsilçisi "Luç"la qarşılaşıb.

Vladivastokda baş tutan görüşdə start heyətində meydana daxil olan Şeydayev 90 dəqiqəni əvəz edilmədən keçirib. Gənc forvard 83-cü dəqiqədə sarı vərəqə almaqla kifayətlənib. Oyun isə aşağı liqa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla "Luç" 1/8 finala adlayıbsa, "Dinamo" mübarizəni erkən dayandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest