Futbol üzrə Rusiya kubokunda 1/8 final mərhələsinin cütləri məlum olub. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçular – Kamran Əliyev, Ayaz Quliyev və Azər Əliyevin komandalarının da rəqibləri bilinib.
 
Kamran Əliyevin formasını geyindiyi "Ximki" bu mərhələdə "Orenburq"la, Ayaz Quliyevli "Spartak" "Rostov"la, Azər Əliyevli "Ufa" isə çSKA-yla qarşılaşacaq.
 
Ramil Şeydayevin formasını geyindiyi "Dinamo" klubu 1/16 final mərhələsində "Luç"a məğlub olaraq (0:1), mübarizəni dayandırıb.
 
Rusiya kubokunda 1/8 final mərhələsinin oyunları 30-31 oktyabr tarixlərində keçiriləcək.
 
Rusiya kuboku
1/8 final mərhələsi
30-31 oktyabr
 
Baltika – Torpedo
Orenburq – Ximki
Nijni Novqorod – Şinnik
Arsenal – Ural
çSKA – Ufa
Spartak – Rostov
Zenit – Tom
Axmat – Luç
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest