Məşqçilərin dünya reytinqi açıqlanıb. Matç.az saytı xəbər verir ki, siyahıda Topaz Premyer Liqasında çalışan iki mütəxəssis yer alıb.

Reytinqə daxil edilən yeganə azərbaycanlı məşqçi, "Qarabağ" və milli komandanın çalışdırıcısı Qurban Qurbanov mövqeyini xeyli əldən verib. Hesabında 685 xal olan 46 yaşlı mütəxəssis 587-ci yerdədi. O, ötən həftə ilə müqayisədə 73 pillə geriləyib.

"Neftçi"nin italiyalı baş məşqçisi Roberto Bordin isə daha ağır durumla üzləşib. Hesabında 482 xal olan çalışdırıcı 190 pillə geriləyib. O, hazırda siyahının 703-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, cədvələ "Barselona"nın baş məşqçisi Ernesto Valverde başçılıq edir – 14 min 774 xal.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest