Qadın futbolçulardan ibarət milli komandaların FİFA reytinqi açıqlanıb. Matc.az xəbər verir ki, cədvəldə dünyanın 161 yığması yer alıb.
 
Azərbaycan milli komandası 75-ci yerdə qərarlaşıb. Yığmanın hesabında 1345 xal var.
 
Komandamız sonuncu dəfə bu ilin iyulunda açıqlanan FİFA reytinqi ilə müqayisədə 1 pillə irəliləyib. Milli Qazaxıstanı arxada qoyub.
 
Qeyd edək ki, siyahıya ABŞ (2180), Almaniya (2064) və Hollandiya (2036) yığmaları başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest