"Böyük beşlik" ölkələrinin çempionatlarında çıxış edən ən bahalı futbolçu müəyyənləşib. Matç.az saytı xəbər verir ki, "CIES Football Observatory" araşdırma şirkəti futbolçuların reytinqini açıqlayıb.

Oyunçuların yaşının və indiki müqaviləsinin müddətinin də nəzərə alındığı araşdırmalar Killian Mbappenin ən bahalı futbolçu olmasını üzə çıxarıb. Fransa yığmasının və PSJ-nin hücumçusunun qiyməti 216,5 milyon avro ilə ölçülür.

İngiltərə millisinin və "Tottenhem"in üzvü Harri Keyn ikincidi – 197,3 milyon. İlk "üçlüy"ü Mbappenin braziliyalı komanda yoldaşı Neymar tutur – 197 milyon.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest