İspaniyanın "Barselona" klubu futbolçusu Karles Peresin müqaviləsinin müddətini yeniləyib. Matc.az xəbər verir ki, 21 yaşlı cinah hücumçusu ilə yeni – 2 illik sözləşmə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
2012-ci ildən "Barselona"nın akademiyasında olan Peresin əvvəlki müqaviləsi 2020-ci ilin yayına qədər idi. 
 
İspan oyunçu bu mövsüm "Barselona" ilə 5 oyunda iştirak edərək, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest