Futbol üzrə Almaniya 3-cü Bundesliqasında 10-cu turun oyunları keçirilib. Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Proyssen" də növbəti matçına çıxıb

Futbol üzrə Almaniya 3-cü Bundesliqasında 10-cu turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Proyssen" də növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Bavariya"nın ikinci komandası ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:4.
 
Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da Dadaşov vurub. Millimizin forvardı 82-ci dəqiqədə matçda son nöqtəni qoyub.
 
Münster klubu 10 turdan sonra 9 xalla 20 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest