Futbol üzrə Rusiya Premyer Liqasında 11-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Moskva "Dinamo"su da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Rostov"la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.
 
Ramil bu görüşün iştirakçısı olmayıb. Millimizin forvardı yenə sonadək ehtiyatda qalıb.
 
"Dinamo" 11 turdan sonra 10 xalla 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest