Futbol üzrə Almaniya Bundesliqasında 6-cı tura start verilib. Matc.az xəbər verir ki, ikinci oyun günündə altı görüş baş tutub.

"Bavariya" bu turda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Paderborn"u sınağa çəkib. Münhen klubu beş qolun qeydə alındığı bu görüşdən çətin qələbə ilə ayrılıb. 

Dortmund "Borussiya"sı isə "Verder"lə üz-üzə gəlib. Dörd oyunluq qarşılaşmada qalib müəyyənləşməyib.

Almaniya Bundesliqası
6-cı tur

27 sentyabr

Yunion – Ayntraxt 1:2
Qol: Ujah, 86 – Dost, 48. A.Silva, 62.

28 sentyabr

Auqsburq – Bayer 0:3
Qol: Nyederlexner, 34-öz qapısına. Volland, 76. Haverts, 84.

Hoffenhaym – Borussiya (Münhenqladbax) 0:3
Qol: Plea, 43. Turam, 65. Noyhaus, 83.

Maynts – Volfsburq 0:1
Qol: Tisserand, 9.

Paderborn – Bavariya 2:3
Qol: Proger, 68. Kollins, 84 – Qnabri, 15. Koutinyo, 55. Levandovski, 79.

Leyptsiq – Şalke 1:3
Qol: Forsberq, 83 – Sane, 29. Harit, 43. Matondo, 58

Borussiya (Dortmund) – Verder 2:2
Qol: Gotse, 9. Roys, 41 – Raşiça, 7. Friedl, 55.

29 sentyabr

17:30 Fortuna – Frayburq
20:00 Köln – Herta

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest