Futbol üzrə Albaniya çempionatında 6-cı turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun formasını geyindiyi "Biliş" də növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Flamurtari" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 5:0.
 
Eltun da bu görüşün iştirakçısı olub. Start heyətində meydana çıxan Turabov zədələndiyi üçün 12-ci dəqiqədə əvəzlənib.
 
"Biliş" 6 turdan sonra 11 xalla 10 komanda arasında 1-ci pillədə qərarlaşıb.
 
Xatırladaq ki, Albaniya klubu Turabovu "Sabah"dan icarəyə götürüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest