Millətlər Liqasında oktyabrın 11-də Farer adaları ilə səfərdə, 14-də Malta ilə Bakıda keçiriləcək oyunlara daha yaxşı hazırlaşmaq məqsədi ilə Azərbaycan millisi təlim-məşq toplanışına ayın 6-da start verəcək

Topaz Premyer Liqasının təqvimində dəyişikliklər edilib. Matç.az saytı xəbər verir ki, Peşəkar Futbol Liqası VII turun iki matçının vaxtını dəyişib. Bu dəyişiklik AFFA, "Qarabağ" və "Keşlə" klublarının rəsmi müraciəti əsasında həyata keçirilib.

Belə ki, Millətlər Liqasında oktyabrın 11-də Farer adaları ilə səfərdə, 14-də Malta ilə Bakıda keçiriləcək oyunlara daha yaxşı hazırlaşmaq məqsədi ilə Azərbaycan millisi təlim-məşq toplanışına ayın 6-da start verəcək.

Bütün bunları nəzərə alan AFFA Peşəkar Futbol Liqasından VII turun təqvimində dəyişiklik edilməsini xahiş edib. Azərbaycan millisinin beynəlxalq oyunlarını və "Qarabağ"ın ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil etməsini nəzərə alan PFL I dövrənin son turunun təqvimi ilə bağlı 2 dəyişikliyi gerçəkləşdirib.

"Zirə" – "Qəbələ" matçı oktyabrın 6-dan 5-nə keçirilib. "Keşlə" – "Qarabağ" görüşü isə ayın 6-da deyil, 31-də baş tutacaq

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest