Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 8-ci turun oyunları keçirilib. Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" klubu da növbəti matçına çıxıb

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 8-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" klubu da növbəti matçına çıxıb.
 
Aue təmsilçisi doğma meydanda Drezden "Dinamo"su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1. 
 
Nazarov da bu matçın iştirakçısı olub. Start heyətdəd meydana çıxan millimizin futbolçusu 79-cu dəqiqədə əvəzlənib. Komandasının iki qolunu da Dmitri vurub. 27-ci dəqiqədə penaltidən vurduğu qolla hesabı bərabərləşdirən yarımmüdafiəçi 39-da dublunu rəsmiləşdirib. O, 54-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
8 turdan sonra 14 xala malik "Ersgebirge" 18 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest