İngiltərə Premyer Liqasının 7-ci turu çərçivəsində "Mançester Siti"nin "Everton"a 3:1 hesabıyla qalib gəldiyi oyun David Silva üçün əlamətdar olub. Matc.az "Mançester Siti"nin rəsmi saytına istinadən xəbər verir ki, "şəhərlilər"in kapitanı klubun heyətində 200-cü Premyer Liqa qələbəsinə sevinib.

Keçirdiyi 289 oyunda 200 qələbəyə sevinən ispan futbolçu, 300-dən az qarşılaşmada buna nail olan ilk futbolçudu.
 
2010-cu ildən "Mançester Siti"nin şərəfini qoruyan 33 yaşlı futbolçunun klubla müqaviləsi cari mövsümün sonunda başa çatır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest