Uğursuz mövsüm keçirən "Milan" yenidən baş məşqçi dəyişikliyinə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "rossonyerlər" yayda komandanın "sükanı arxası"na gətirilən Marko Campaolonu qovmağı planlaşdırır.

Komandanın A seriyasında ilk 6 oyunun 4-də məğlub olması rəhbərliyi radikal addıma vadar edir. Hətta yeni çalışdırıcının kimliyi də bəllidi. Rəhbərlik 2010-2014-cü illərdə "Milan"a rəhbərlik etmiş Massimiliano Alleqri ilə danışıqlara başlayıb. Hazırda işsiz olan Alleqri ilə daha bir neçə klub maraqlanır.

Qeyd edək ki, aktivində 6 xal olan "Milan" hazırda A seriyasında 16-cı pillədə qərlarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest