Avro-2020-nin Bakı Könüllülük Proqramının müsahibə mərhələsinə start verilib. Matc.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Bakı Olimpiya Stadionunun İnformasiya Mərkəzində keçirilən ilk müsahibə mərhələsində 265 könüllü namizəd iştirak edib.

Dekabrın 28-dək davam edəcək müsahibə mərhələsi bazar ertəsi istisna olmaqla həftənin digər günləri keçiriləcək.

Qeyd edək ki, müsahibə mərhələsinin ilk günündə AVRO-2020-nin Bakı Könüllülük proqramının səfiri Taleh Yüzbəyov da iştirak edərək könüllü namizədlərlə görüşüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest